Bu il iyunun 17-də işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki idman meydançalarından birində cəsədi aşkarlanan əsgər Hrant Qriqoryanın odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib.
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu nəticəni məhkəmə-tibbi ekspertiza açıqlayıb. Əsgərin atası Qaruş Qriqoryan bildirib ki, oğlunun cəsədində güllə yarası izləri olub.
Xatırladaq ki, faktla bağlı cinayət işi açılıb, bölük komandiri V. Balayan həbs edilib. O, tabeliyində olan əsgəri təhqir edərək döyməkdə günahlandırılır.