|
|
|
|
Prezident Aparatı Kitabxanasının kitab mağazasında yeni layihənin təqdimat mərasimi olub.
Günel Anarqızının “Qarabağ hekayələri” adlı audio-kitabının İmza günündə çıxış edənlər müəllifə təbriklərini çatdırıb, nəşr olunan kitabı müasir Azərbaycan ədəbiyyatı üçün təqdirəlayiq yaradıcılıq nümunəsi kimi dəyərləndiriblər.
Nəfis tərtibatlı kitabda yazıçının 2002-2006-ci illərdə yazdığı hekayələr toplanıb. Hekayələri tanınmış aktyorlar Fəxrəddin Manafov, Şükufə Yusupova və başqaları səsləndiriblər. Topluda “Ataya”, “Şuşam”, “Ağac”, “Qadın üzlü şəhər” hekayələri yer alıb. Toplantının sonunda “Atama məktub” adlı videoçarx nümayiş olunub.



