|
|
|
|
İnsanların sosial şəbəkələrdə ünsiyyəti onların emosional vəziyyətini sabitləşdirir.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Karneqi Mellon Universitetinin tədqiqatçıları insan psixikasını öyrənərkən bu qənaətə gəliblər.
Alimlər müxtəlif ölkələrdə yaşayan təxminən iki min könüllünü müşahidə ediblər.
Eksperiment zamanı insanlar “Facebook” sosial şəbəkəsindən fəal istifadə ediblər.
Nəticədə məlum olub ki, sosial şəbəkələrdə fəallıq tənhalıq hissini aradan qaldırır və insanların müəyyən qruplarda iştirakına şərait yaradır.
Sosial şəbəkələrdə ünsiyyət onlarda müsbət emosiyalar yaradır və real həyatda baş verən hadisələrdən xəbərdar edir.