APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, artıq 15 iyul tarixi Demokratiya və azadlıqları anma günü kimi qeyd olunacaq:
“Dünən bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında da hökumətə tövsiyə etdik. Hər ilin iyulun 15-i şəhid və qazilərimizi anma günü kimi qeyd ediləcək. Bununla əlaqədar həmin tarix qeyri-iş günü olacaq”.
R.T. Ərdoğan bu günü türk millətinin ikinci qurtuluş savaşı adlandırıb:
“Çünki bu tarixdə torpaqlarımız işğalı edilə bilərdi. Ancaq millətimiz buna imkan vermədi”.