https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

“Dopinq istifadəsində tək idmançının günahı yoxdur”

“Dopinq istifadəsində tək idmançının günahı yoxdur”
Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı başlayıb.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Graig Reedie ilə görüşlər keçirib və dopinq sahəsində mövcud vəziyyəti müzakirə ediblər. Nazir Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynalı həmkarları ilə görüşüb.
 
A. Rəhimov konfransda dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Anti-Dopinq agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat verib: “İdmançı illərlə Olimpiya oyunlarına hazırlaşır. O, bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınması bildirilir. Bu idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyik”.
 
“Avropa Şurasının futbol oyunları və digər  idman tədbirləri zamanı  təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması mərasimi də tədbir çərçivəsində nəzərdə tutulur. Azərbaycanın da həmin Konvensiyaya qoşulması üçün müvafiq işlər görülməkdədir.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.