https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

Dopinqlə mübarizəyə dair qanun qəbul olundu

Dopinqlə mübarizəyə dair qanun qəbul olundu
Milli Məclisin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
 
APA-nın xəbərinə görə, qanun layihəsi barədə məlumat verən MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər olub və qanun bu boşluğu aradan qaldıracaq.
 
Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən F. Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
 
Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər əksini tapıb. Komitə sədrinin sözlərinə görə, qanun layihəsində Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Bu agentlik nəzdində apellyasiya komissiyasının, idman arbitrajının yaradılması təklif edilir.
 
Müzakirədə çıxış edən Qüdrət Həsənquliyev təəssüflə vurğulayıb ki, Azərbaycanın da adı dopinq məsələlərində hallanır.
 
Onun fikrincə, layihənin qəbulu bunun aradan qaldırılmasına kömək edəcək. Deputat məktəblərdə idman dərslərinin, xüsusilə futbolla bağlı dərslərin sayının artırılmasını, regionlarda tikilən olimpiya komplekslərindən insanların istifadəsinin asanlaşdırılmasını təklif edib.
 
Layihə səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul olunub.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.