Azərbaycan Milli Elmlər Akademiyasından 525.az-a verilən məlumata görə, tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.
Azərbaycan elmində əvəzsiz xidmətləri olan Elbrus Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.