Martın 27-də Kiyevdə keçirilək GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) sammiti çərçivəsində Ukrayna və Azərbaycan arasında ticarət sahəsində saziş imzalanacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı bildirib.
"Mən martın 27-də Kiyevdə GUAM sammitinin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmüşəm. Bu tədbirdə Azərbaycanın baş nazirinin müavinini görməkdən şad olarıq. Düşünürəm ki, sammit çərçivəsində biz ticarət sahəsində saziş imzalayacağıq", - deyə baş nazir bildirib.