Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan dördotaqlı mənzilin dəhlizinin və sanitar qovşağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xilas olunub və 45 nəfər bina sakini təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.