Bakıda silahlı insident baş verib.
525.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 9-da Sabunçu rayonu M. Fətəliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçıb.