Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu qurumun rəhbərliyinə seçıldikdən sonra özünün ilk sərəncamını imzalayıb.
Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, sərəncam Milli Şuranın rəhbərliyində yeni təyinatla bağlıdır. Belə ki, həmin sərəncama əsasən, Rüstəm İbrahimbəyov "El" hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib