Bakının Səbail rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Lent.az-ın day.az saytına istinadən verdiyi məlumata görə, hadisə Mehdi Hüseyn küçəsində baş verib. 193 saylı marşrut avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasının divarına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.