İyunun 24-də Bakıda dənizdə çimən oğlan faciəvi şəkildə ölüb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhər, Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində 1996-cı il təvəllüdlü Fəqan Tehran oğlu Şirinov çimərkən batıb. 17 yaşlı oğlanın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.