|
|
|
|
Müsavat Partiyası Lənkəran təşkilatının sədri, partiya başqanının müşaviri Yadigar Sadıqlı saxlanıb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, Yadigar Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etdiyi üçün şübhəli şəxs qismində polisdə saxlanılır. Y. Sadıqov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.



