|
|
|
|
Müstəqillik əldə etdikdən sonra Azərbaycan özünə demokratik prinsiplərə əsaslanan inkişaf strategiyası yolunu seçdi. Xüsusilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu siyasi xətti əsas götürərək sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirdi. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç şübhə yoxdur ki, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin siyasi-hüquqi strukturu, habelə ictimai münasibətlər sistemi ümumxalq iradəsi əsasında müəyyənləşən, beynəlxalq hüquq normaları ilə uzlaşan fundamental təməl prinsiplərinə söykənir. Hüquqi dövlətin mahiyyəti isə cəmiyyətin əsas qanunu, bazisi qismində çıxış edən konstitusiyanın ümumbəşəri demokratik dəyərlərə nə dərəcədə uyğun olub-olmaması ilə şərtlənir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da dövlətçiliyin mühüm atributu olan Konstitusiyasını 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirib.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Konstitusiyanın yüksək məziyyətləri insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq və genişliyi ilə göstərilməyib.
Konstitusiyada əksini tapmış mühüm müddəalarından biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər. Yəni, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması və sabitliyi onun daimi dəyişməzliyi kimi tövsif olunmur.
Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik və əlavələri zərurətə çevirir.
Əsas Qanunun qüvvəyə mindiyi 1995-ci ildən ötən 20 ilə yaxın müddətdə cəmiyyət həyatında fundamental dəyişikliklərin baş verməsi - Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən inanılmaz dərəcədə inkişaf etməsi, cəmiyyət həyatının bütün sferalarında tərəqqi və intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu yönümündə əsaslı addımların atılması, respublikamızın insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avraatlantik məkana inteqrasiya prosesinin sürətlənməsi və<SPAN style="FONT-FAMILY: 'Arial','sans-serif'; FONT-SIZE: 1