Bu gün ölkənin müxtəlif yerlərində iki nəfər suda boğulub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisələrdən biri Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində, digəri isə Astara rayonunda dəniz sahilində qeydə alınıb.
Hər iki şəxsin axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.