https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Mirhacib Məcid: "Hər zaman oxucuya doğru, dürüst informasiya verməyə çalışmışıq"

Mirhacib Məcid: "Hər zaman oxucuya doğru, dürüst informasiya verməyə çalışmışıq"

"Hər zaman oxucuya doğru, dürüst informasiya verməyə çalışmışıq".

Bunu Trend-ə açıqlamasında dörd yaşını qeyd edən Qol.Az saytının baş direktoru Mirhacib Məcid deyib.

"Təsadüfi deyil ki, hazırki vəziyyətdə Qol.Az KİV-də ən çox istinad olunan, etibar edilən idman portalıdır. Məhz bu ağır rejimdə çalışmağımızın nəticəsidir ki, hər gün saytımızı minlərlə oxucu ziyarət edir" Məcid əlavə edib.

Onun sözlərinə görə, dörd illik fəaliyyətləri ərzində durmadan səylə çalışıblar.

"Bundan sonra da dayanmaq fikrimiz yoxdur. Zirvədəki yerimizi qorumaq və yeni layihələr üzərində düşünürük. Oxucularımız üçün xeyli sürprizlərimiz var" Məcid deyib.

Qeyd edək ki, Qol.Az saytının fəaliyyətə başlamasından dörd il ötür. Dörd il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Qol.Az son dörd ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. Hazırda sayta gündəlik ziyərətçi sayı orta hesabla 12.000-dir. 2009-cu ilin yekunlarına görə, Qol.Az "Milli net" mükafatının "İlin ən yaxşı idman saytı" nominasiyasında birinci yeri tutub.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.