Bu gecə saat 00:40 radələrində Bakıda yaşayış evində güclü partlayış baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan İqor Volodinin evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.