https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Dənizkənarı Milli Parkda velosipedçilərin yürüşü keçirilib- (FOTO)

Dənizkənarı Milli Parkda velosipedçilərin yürüşü keçirilib-  (FOTO)
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Dənizkənarı Milli Parkda velosipedçilərin növbəti yürüşü keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, tədbirdə Yeni ilin gəlişini simvolizə edən şaxta baba və qar qız geyimli velosipedçilər yürüşdən sonra kiçik yaşlı uşaqlara hədiyyələr paylayıb, onlara bayram sevinci bəxş ediblər. Şəhər sakinləri təxminən 1 saat davam edən bu aksiyanı maraqla qarşılayıb, sovqatlar körpələrin sevincinə səbəb olub.
Qeyd edək, AVİF bu tip sosial aksiyaları davamlı olaraq keçirməklə idmanın bu növünə olan marağın artırılmasına çalışır. Məlum olduğu kimi, 2012-ci ilin may ayında ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ilk beynəlxalq velosiped turu keçirilmiş, bu turda 17 ölkədən 20 komanda iştirak etmişdi. Heydər Əliyev turundan sonra ölkənin bütün regionlarında da respublika əhəmiyyətli velosiped yarışları təşkil olunub. Cari ilin sentyabr ayında Azərbaycan velosipedçilərindən ibarət milli komanda ilk dəfə olaraq Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq velosipedçimiz Elçin Əsədov və Toğrul İsgəndərov velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanaraq bu mötəbər turnirdə iştirak ediblər.
Bütün bunların nəticəsidir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsinin nəşri olan "Olimpə doğru" jurnalı tərəfindən 2012-ci ildə "İlin ən fəal federasiyası" nominasiyasında birinci yerə layiq görülüb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.