"... Rusiya və Azərbaycan arasında mədəni körpülər" geniş müzakirə olunub Rusiya Dövlət Dumasında keçirilmiş "Multikultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər" dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən incəsənət təmayüllü təhsil müəssisələrindən yalnız Bakı Xoreoqrafiya Akademiyası (BXA) iştirak edib. 01.03.19
"Tam peşəkar heyətin formalaşması üçün hələ xeyli çalışmalıyıq" 2014-cü ildən 2015-ci ilin mayına qədər kitablar, sənədlər bizim əsas binadan Mərkəzi Elmi Kitabxananın yeni binasına köçürüldü. Biz çox qısa müddətdə fondları və ənənəvi kataloqu nizamladıq, elektron kataloqun icrasına başladıq və 2015-ci ilin sentyabrında biz artıq oxuculara xidmətə başladıq. Əslində, AMEA Rəyasət Heyəti tərəfindən bizim üzərimizə belə bir öhdəlik qoyulmamışdı. Köçürülmə prosesi üçün bizə xeyli zaman verilmişdi. Əməkdaşlarımız isə hamı bir nəfər kimi səfərbər olunub, cəmi beş aya bütün kitabları, sənədləri, avadanlıqları yeni binaya köçürdülər. Bizə bu işdə könüllülərin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Gənc Şərqşünaslar şəbəkəsi üzvlərinin çox köməyi oldu.
28.02.19
"Hamımızın həyatında bir daha nəzər salınmalı məqamlar var" Mən hələ o missiyanın tam olaraq nədən ibarət olduğunu bilmirəm. Sadəcə bir şeyi bilirəm ki, bacardığım qədər insanlarla empati qurmağa çalışıram. Dövrümüzdə bu hissin arxa plana keçdiyini hiss edirəm. Doğrudur, insanların qayğıları, düşünməli olduqları məsələlər çoxalıb. Bəlkə də buna görə empati hissi bir az arxa planda qalıb. Mən çalışıram ki, özümdə bu hissi qoruyub saxlayım. Bunu kiminçünsə deyil, özüm üçün edirəm. Çünki beləcə ruhən rahatlıq tapıram. Kimliyindən asılı olmayaraq, hər kəsə münasibətdə belədir. Bu, artıq davranış tərzimdir.
21.02.19
"Şeir yazmaqdan yaxşı əlimdən bir iş gəlmir" Gah şair olmaqdan "qaçır", gah da sözdən "yemək bişirir". Şairin yazdığı şeiri Tanrının yazdığı alın yazısı ilə müqayisə edir. Sözün üstündə yarpaq kimi əsir. Özünü unudub şeir olur. Təkcə qələmindən deyil, gözlərindən, simasından da şeir yağan qadındır Fərqanə Mehdiyeva... Bu gün yubiley yaşını qeyd edir. Onu bu günündə dilləndirmək, ömrünü səhifə-səhifə vərəqləmək gərəkdi bəlkə də, amma o, onsuz da şeirlərində ömründən izlər qoyur.
19.02.19
Zülfü Livaneli “525”ə Xocalı faciəsindən danışdı: “Xocalıda baş verənləri əfv etmək də çətindir, unutmaq da...” İstanbulun Tarabya səmtindən geri dönürdük. Yolumuz uzun idi. Günəş dənizin üzərindən çəkilir, surətlə qaranlıq çökürdü. Beynimdə dostlarla olan söhbətləri çək-çevir edirdim. O isə susub nəsə düşünürdü. Birdən ikimiz də eyni anda “Azərbaycan” deyib sükutu pozduq. Mən ona Azərbaycanla bağlı söz demək, o isə soruşmaq üçün səssizliyi pozmuşdu. 16.02.19
Çingiz Ələsgərli: "Repertuar siyasəti çox ciddi yanaşma tələb edir" Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yeniləşən repertuar zənginliyinə teatrsevərlər, daimi tamaşaçılar yaxşı bələddir. Biz isə çoxsaylı oxucularımızı teatrın repertuar quruluşu, son illər Azərbaycan teatr səhnəsində baş verən proseslərlə daha yaxından tanış etmək üçün teatrşünas, dramaturq, teatrın ədəbi hissə müdiri Çingiz Ələsgərli ilə görüşdük.
08.02.19
"Sosial şəbəkələr və onlayn media qanunla tənzimlənməlidir" Saxta informasiyanın, insanın ləyaqətini alçaldan, onun şəxsi həyatına müdaxilə xarakteri daşıyan, kütləvi qarşıdurmaya, cəmiyyətdə xaosun yaradılmasına, irqi, dini ayrı-seçkiliyə, ksenofob yanaşmaya xidmət edən, bir sözlə, antihumanist xarakterli çağırışların yaratdığı təhlükə, heç də zəhərli ərzaq məhsulunkundan az deyil, bəzən isə hətta çoxdur. 06.02.19
Qara Qarayev: "Deyirlər ki, pulu çox alırsınız, amma oynamırsınız" Qara Qarayevlə “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışının sonuncu günü söhbət etdik. Amma onunla müsahibədə suallarım milli komanda, Qaranın özü də daxil olmaqla futbolçulara yönələn tənqidlər ətrafında oldu.
29.01.19
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir" Beş ildən artıqdır ki, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir. Mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. 29.01.19
"Adam doğma yurd sarıdan yetim qalırmış..." 16 yanvar tanınmış xanəndə, bir çox sevilən mahnıların müəllifi Şamil Əhmədovun doğum günüdür. Bu gün onun daha bir yubiley yaşı - 65 illiyi tamam olur. 16.01.19
Fəlsəfə və biz - “Bu gün dünəndən başlayır” silsiləsindən 1992-ci ilin may ayında Azərbaycan radiosunun “Vaxt” adlı gənclik proqramında mən fəlsəfə elmləri namizədi Osman Əfəndini həm də o zaman yenicə yaradılmış Türk Milli Demokratik İdrak partiyasının sədri kimi görüşə dəvət eləmişdim. 14.01.19