https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

Platininin üzərindən korrupsiya ittihamı geri götürüldü

Platininin üzərindən korrupsiya ittihamı geri götürüldü

İsveçrə prokurorluğu UEFA-nın sabiq prezidenti Mişel Platini üzərindən korrupsiya ittihamını geri götürüb. 

APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib. 

Qərara dəlil-sübutların yetərincə olmadığı göstərilib. 

Qeyd edək ki, Mişel Platini 2016-ci il, sentyabrın 14-də UEFA prezidenti postunu tərk edib. 

UEFA-nın keçmiş prezidenti M. Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatterin FİFA-nın etika üzrə Komitəsi tərəfindən futbol sahəsində fəaliyyətdən uzaqlaşdırılması pul köçürməsi ilə bağlıdır. J. Blatter 2011-ci ildə, FİFA prezidenti olduğu dönəmdə FİFA-nın hesabından M. Platininin hesabına 2 milyon İsveç frankı köçürüb.

Komitə J. Blatterin M. Platini ilə şifahi razılaşma əsasında bu pul köçürməsinin həyata keçirildiyi barədə sözlərini inandırıcı saymayıb. J. Blatter və M. Platini həmçinin FİFA-nın etika kodeksinin bir sıra bəndlərini pozmaqda günahkar sayılıblar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.