https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

15 yaşlı azərbaycanlı beynəlxalq yarışlarda növbəti qələbəsini qazandı

15 yaşlı azərbaycanlı beynəlxalq yarışlarda növbəti qələbəsini qazandı

Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq yarışlarda növbəti qələbəsini qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, o, 2014-cü ildə Dünya Kikboksinq Federasiyasının Çexiyada keçirilən yarışının gümüş mükafatçısı, mavi kəmər sahibidir.

E.Cəfər 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub. Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının gümüş mükafatçısı adına layiq görülüb. Həmyerlimiz bu il iyunun 9-da Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə gümüş və bürünc medal qazanıb.

Qeyd edək ki, qısa vaxta böyük uğurlar qazanan E.Cəfər Çexiyada azərbaycanlı diaspor fəalı, şairə, dramaturq, Azərbaycan mədəniyyətini xaricdə tanıdan "Natəvan" klubunun sədri Leyla Bəyim Cəfərovanın övladıdır.

C.ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.