|
|
|
|
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası-“Sağlamlıq imkanları məhdud olan gənclər üçün sosial tədbirlər” istiqaməti üzrə “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihə həyata keçirilir. Əsas məqsədi-xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərinin sosial cəhətdən adaptasiya edilərək cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdən ibarətdir.
Layihədən əsasən xüsusi qayğıya ehtiyacı uşaq və gənclər, onların valideynləri faydalanacaqlar. Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların valideynləri ilə görüşlər və treninqlər təşkil ediləcək. Uşaqlar qruplara bölünərək, idmanla reabilitasiyaya cəlb olunacaqlar.
Sonda xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək və dəyərləndirmək üçün qiymətləndirmə aparılacaq. Bunun köməyi ilə uşaqlarda baş verən müsbət dəyişikliklər müəyyənləşəcək.



