|
|
|
|
Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün aprelin 28-də keçirilmiş I-IV ixtisas qrupları qəbul imtahanlarının I mərhələsi və V qrup üzrə keçirilən imtahanların nəticələrini açıqlayıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyenlər iş nömrələrini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilərlər.
Nəticələr yaxın vaxtlarda "dim.gov.az" saytında da yerləşdiriləcək.