https://525.az/img/pics/medium/2026-07/397651_hkzdy3xohp.png Şər həmişə qışqırmır
https://525.az/img/pics/medium/2026-07/397668_6onufghyva.jpeg Ötükən duyğuları - Şəmil Sadiq yazır
https://525.az/img/pics/medium/2026-07/397659_x9h8eczkmp.jpg "Süsənlər" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/397672_f6neac9fk3.png Təhsil tariximizin "arxeoloqu" - Akademik Hüseyn Əhmədov-100
search
17 İyul 2026

Araz Ağalarov: "Fənərbaxça"nı almaq barədə düşünməmişəm"

Araz Ağalarov: "Fənərbaxça"nı almaq barədə düşünməmişəm"

"Krokus" şirkətinin sahibi Araz Ağalarov "Fənərbaxça" rəhbərliyində yer alacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.Az-ın məlumatına görə, o, Rusiya mətbuatına müsahibəsində yayılan xəbərləri təkzib edib və İstanbul klubunun rəhbərliyində olmağı düşünmədiyini deyib.

- Sizin "Fənərbaxça"nı almağı düşündüyünüz barədə xəbərlər yayılıb. Bu doğrudurmu?

- Xeyr, bu yalan xəbərdir. Bu barədə heç düşünməmişəm.

- Bəs gözlənilmədən belə informasiyalar niyə yayılıb?

- Bunu şərh etmək çətindir.

- Ümumiyyətlə, siz xarici klub ala bilərsiniz?

- Almaq istəsəm, Rusiya klubu alacağam.

- Bəs bunu etmək fikrində deyilsiz ki?

- Mən futbolda Moskva "Dinamo"su və otüstü hokkeydə "Zorki"nin (Krasnoqorsk) sponsoruyam. Bunların öhdəsindən çətinliklə gəldiyim üçün nəsə almağı planlaşdırmıram.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.