|
|
|
|
“NATO müttəfiqləri Türkiyəyə başsağlığı verib, Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Hazırda NATO Türkiyəyə dəstək verir. Müttəfiqlər Türkiyə üçün daha artıq nələrin edilə biləcəyini nəzərdən keçirirlər”, - deyə NATO baş katibi vurğulayıb.