https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

Tokio-2020: "Təxirəsalınma üçün 3 variant müzakirə olunmağa başlayıb"

Tokio-2020: "Təxirəsalınma üçün 3 variant müzakirə olunmağa başlayıb"

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın təxirə salınması variantlarını müzakirə etməyə başlayıb.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvələdək təxirə salınmaq barədə düşünməyən təşkilatçılar koronavirus pandemiyasının sürətlə yayılmasına görə fikrindən daşınıblar.

Komitə üzvlərinə B, C, hətta D variantlarını modelini qurmaq tapşırığı verilib. Bunlar yarışın 2021 və ya 2022-ci ilə keçirilməsidir. Lakin Təşkilat Komitəsinin ən nikbin üzvləri Olimpiadanın 30-45 gün gecikmə ilə başlaması variantının üzərində dayanıb.


Tokio-2020 ilə bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verməlidir. Lakin Yaponiyanın mövqeyi də böyük əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.