|
|
|
|
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və konsulluğun əməkdaşları dahi lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Qoroxovaya küçəsi, 6 ünvanında, görkəmli siyasi və ictimai xadimin şərəfinə qoyulmuş xatirə lövhəsinin qarşısına toplaşmışdılar. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbi o dövrdə bu binada yerləşirdi.
Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 97-ci ildönümü günündə mərasimə toplaşanlar Heydər Əliyevin barelyefi önünə tər güllər düzüblər.