|
|
|
|
Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan "Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)" seriyasından Asya Sultanovanın "Sonata", Bayram Hüseynlinin "Dörd pyes" fortepiano üçün not məcmuələrini nəşr etdirib.
Vəsaitlərə görkəmli bəstəkarların fortepiano üçün musiqi əsərləri daxildir.
Bu məcmuələrin bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana sistemlərinə göndərilməsi təmin olunub.