Hazırda paytaxın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu səbəbdən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
Həmin küçə və prospektlər aşağıdakılardır:
- Rəşid Behbudov küçəsi;
- Heydər Əliyev prospekti kənar yollar hər iki istiqamət;
- Qara Qarayev prospekti, Dakar dairəsi;
- Tbilisi prospekti hər iki istiqamət;
- Abbasqulu ağa Bakıxanov küçəsi;
- Üzeyir Hacıbəyov küçəsi;
- Ziya Bünyadov prospekti hər iki istiqamət;
- Moskva prospekti.
"Yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı xahiş edirik. Mümkün qədər yollarda avtobusların hərəkətinə şərait yaradılmasını xahiş edirik", - deyə, qurum bəyan edib.