|
|
|
|

İşğaldan azad edilmiş ərazilərdə melirasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilmiş tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilib.
525.az xəbər verir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə işğal altında olan ərazilərin Suvarma Sistemləri İdarəsinin fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, 7 nasos stansiya, 129 ədəd suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) olub.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə Komissiya yaradılıb. Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi məsələsi də bununla bağlı əmrdə öz əksini tapıb.
Məlumat üçün bildirək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.
O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.



