https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

UEFA “Qarabağ”a texniki məğlubiyyət verə bilər – Rəsmi açıqlama

UEFA “Qarabağ”a texniki məğlubiyyət verə bilər – Rəsmi açıqlama

Xəbər verdiyimiz ki, Avropa Liqasının qrup mərhələsində dekabrın 10-da keçirilməli olan “Vilyarreal” – “Qarabağ” oyunu ilə bağlı Ağdam klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, müraciətdə “Qarabağ”ın koronavirus testi pozitiv nəticələnmiş və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcəyi və göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı qeyd olunub.

Xəbər verdiyimiz ki, Avropa Liqasının qrup mərhələsində dekabrın 10-da keçirilməli olan “Vilyarreal” – “Qarabağ” oyunu ilə bağlı Ağdam klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Müraciətdə “Qarabağ”ın koronavirus testi pozitiv nəticələnmiş və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcəyi və göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı qeyd olunub.

Asif Əsgərov

Ağdam klubunun baş meneceri Asif Əsgərov məsələ ilə bağlı Qol.az saytına açıqlama verib. O bildirib ki, UEFA-ya ünvaladıqları müraciətdə yetərsəyları olmadığına görə qitə futbol qurumu dekabrın 10-na nəzərdə tutulan matçın keçirilməməsinə qərar verib:

“Hazırda oyunun keçirilib-keçirilməməsi məsələsinə baxılır. Əgər UEFA həm bizə, həm də “Vilyarreal”a uyğun gün seçə bilsə, matç baş tutacaq. Əgər görüş keçiriləcəksə, bu halda yanvarın sonuna qədər təşkil edilməlidir. Yaxud başqa bir qərar verilə bilər”.

“Qarabağ”ın texniki məğlubiyyətlə üzləşmə ehtimalı varmı” sualına isə A.Əsgərovun cavabı belə olub:
 
“Bəli, texniki məğlubiyyət verilmə ehtimalı var”.

Klub rəsmisi bildirib ki, UEFA tərəfindən onlara şifahi olaraq yekun qərarın 1-2 gün ərzində veriləcəyi bildirilib:
 
“Hazırda UEFA variantlar üzərində çalışır. Klublarla danışıqlar gedir. Çalışıb, ən qısa zamanda qərar verəcəklər”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.