|
|
|
|
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
"Lavrov azərbaycanlı həmkarı ilə telefonla beynəlxalq və ikitərəfli gündəliyin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsinin praktik vəzifələrini müzakirə edib", - açıqlamada deyilir.