|
|
|
|
“Avtobuslarda kart sisteminə keçidi bu ilin sonuna qədər bitirmək istəyirik”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, kartlaşma ötən ilin sonunda başa çatmalı idi:
“Pandemiya və müharibəyə görə bu proses ləngidi. Kartlarda balansı onlayn artırmaq mümkün olacaq”.