|
|
|
|
Qətər iyulun 12-dən keçən il koronavirus pandemiyası səbəbindən dayandırılmış olan ailə və turist vizalarının verilməsini bərpa edəcək.
525.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Qətərə səyahət və qayıtmaq üzrə dövlət siyasətinin yenilənməsi, həmçinin Səhiyyə Nazirliyinin koronavirusla bağlı son tövsiyələrini nəzərə alaraq iyulun 12-dən ailə və turist vizalarının verilməsini bərpa etmək qərarı qəbul edilib".
Qeyd edək ki, daha əvvəl Qətərin Səhiyyə Nazirliyi iyulun 12-dən başlayaraq Qətərə giriş üçün yeni qaydaları açıqlayıb.