|
|
|
|
Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 156-ya çatıb.
525.az xəbər verir ki, yerli polisin məlumatına görə, təkcə Arvayler rayonunda (Reynland-Pfalts federal torpağı) təbii fəlakət qurbanlarının sayı 110-a çatıb. Ümumilikdə 670 nəfər xəsarət alıb. Bu rəqəmlərin artacağı istisna olunmur.
Qeyd edək ki, bazar ertəsindən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.