ABŞ Rusiyada istehsal olunan “RD-180” kosmik mühərriklərin idxalını davam etdirəcək.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, “United Launch Alliance” şirkəti prezidentinin müavini Mark Bitterman bildirib.
“Milli təhlükəsizliyimizin tələblərini yerinə yetirmək üçün biz adi ticarət qaydasında “RD-180” mühərriklərinin idxalını davam etdirəcəyik” - deyə, o, əlavə edib ki, həmin mühərriklərini alınması ABŞ-ın maraqlarına cavab verir.
Bununla belə Mark Bitterman onu da bildirib ki, ABŞ alternativ qurğuların axtarılması istiqamətində işlərini davam etdirir.