“İŞİD-in İraqa hücumu, o cümlədən Bağdadın ələ keçirilməsinə dair plan Türkiyədə hazırlanıb. İraqın parçalanması planından Səudiyyə Ərəbistanı və Qatarla bərabər, ABŞ, İngiltərə və Məsud Bərzaninin də xəbəri olub”.
Lent.az-ın xəbərinə görə, bu iddia ilə İranın PressTV dövlət media orqanı çıxış edib.
PressTV İraq Kürdüstanın lideri Məsud Bərzaninin müstəqilliklə bağlı referendum qərarının İsrailin baş naziri Benjamin Netanyahunun müstəqil Kürdüstan dövlətinin yaradılması barədə çıxışından iki gün sonra qəbul etdiyini də qeyd edib.