|
|
|
|
İŞİD terror qruplaşması bütün region üçün ciddi təhlükədir.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Nuri əl-Maliki bəyan edib.
N. əl-Maliki bildirib ki, nə İraqda, nə də qonşu ölkələrdə heç kim bu təhlükədən sığortalanmayıb.
“İŞİD-in “xilafət”in yaradıldığını elan etməsi regiondakı bütün ölkələrə bir mesajdır. Yəni, siz də indi qırmızı dairənin içindəsiniz", - deyə o vurğulayıb.