İyulun 2-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib.
İclasda 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıq barədə müzakirə aparılıb və müvafiq qərar qəbul edilib.
İclasda həmçinin cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.