Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN-in digər rəhbər şəxsləri tədbirdən əvvəl Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Polis Akademiyasında keçirilən tədbirdə nazir Ramil Usubov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib.
Tədbirdə Ramil Usubov Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və "polis baş leytenantı " xüsusi rütbələrinin poqonlarını təqdim edilib.
Akademiyanı fərqlənmə diplomu ilə bitirən İlkin Almazov yaş kötüyə rəmzi xatirə lövhəsini vurub. Sonda şəxsi heyət tribunanın qarşısından keçid edib.