|
|
|
|
Təxminən 1 saatdan sonra İraq Kürdüstanın lideri Məsud Bərzani Kürdüstanın müstəqilliyi ilə bağlı referendum qərarını açıqlayacaq.
Lent.az-ın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi xəbərə görə, “Müstəqil Kürdüstan” ərazisinə Kərkük şəhəri də daxildir.
İraq Kürdüstanın xarici işlər naziri Fəlah Mustafan referendumla bağlı bunları deyib: “ABŞ yox desə də, müstəqilliyimizi elan edəcəyik”.