Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.