Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekuta-nın namizədliyini irəli sürmək niyyətindədir.
525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, iyulun 8-də Ağ Ev elan edib ki, Cekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir.
O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstar-ın səlahiyyət müddəti bu yay başa çatır.
Cekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.