|
|
|
|

"DÇ-2014"ün yarımfinalında Braziliyanın Almaniyaya 1:7 hesabı ilə uduzduğu matç ölümə səbəb olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandasının məğlubiyyətini qəbul edə bilməyən gənc azarkeş Praqya Thapa intihar edib.
10-ci sinif şagirdi olan 15 yaşlı qız yaşadığı evin tavanından özünü asaraq öldürüb.
Qeyd edək ki, Braziliya Almaniya ilə matçda tarixində ilk dəfə qapısından yeddi qol buraxıb.



