|
|
|
|

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev nitqində mühüm məqamlara toxunaraq diqqətçəkici fikirlər səsləndirib.
Azərbaycanın uğurlu inkişafı təmin edilib
Dövlət başçısı 2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafının təmin edildiyini qeyd edərək qarşıda duran bütün məsələlərin uğurla icra olunduğunu vurğulayıb. Prezident bildirib ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İ.Əliyev iqtisadi sahədə aparılan islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafının mümkün olduğunu söyləyib: “Bizim uğurlu siyasətimizin nəticəsində neftdən asılılıq böyük dərəcədə aşağı düşüb və ÜDM-in böyük hissəsi qeyri-neft sektorunda yaranır. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər”.
Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Prezident bildirib ki, Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdirib. O, gənc müstəqil ölkə üçün bunun çox böyük göstərici olduğunu söyləyib.
Azərbaycanda çox gözəl investisiya şəraitinin olduğunu deyən prezident deyib ki, xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Dövlət başçısı bildirib ki, daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi dinamik iqtisadi inkişafımıza təkan verir.
Qeyri-neft sektoru 7 faiz artıb
Prezident qeyri-neft sektoru 7 faiz artdığını diqqətə çatdıraraq əhalinin pul gəlirlərinin inflyasiyanı 3 dəfə üstələdiyini, valyuta ehtiyatımızın 54 milyard dollara çatdığını vurğulayıb: “Birinci altı ayda iqtisadiyyat 2,1 faiz artıb. Bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Qeyri-neft sektoru 7 faiz artıb. Əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. İnflyasiya 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyir. Kənd təsərrüfatımız 6 faiz artıb. İndi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.
Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycan ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız var. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Biz populist vədlərdən tamamilə uzağıq, ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq. Bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bilək.
Üçüncü regional inkişaf proqramının icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər – bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılıb ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır.
Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olub. Orta əməkhaqqı artaraq 440 manat və ya 560 dollar təşkil edir. Sosial infrastruktur layihələri icra edilir. Əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir ki, bu da əhali tərəfindən böyük rəğbətlə qarşılanır”.
Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir
Prezident bildirib ki, ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı deyib ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Prezident bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.
Yeni enerji layihələri Avropanın enerji xəritəsini dəyişdirəcək
Enerji layihələrinin icrasına toxunan prezident bildirib ki, “Cənub” qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Dövlət başçısı qeyd edib ki, bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. İ.Əliyev nəzərə çatdırıb ki, “Şahdəniz-
Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq
İ.Əliyev deyib ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaq və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq. Prezident bildirib ki, gələn altı ayda nəzərdə tutulmuş bütün infrastruktur layihələri başa çatdırılmalıdır. Dövlət başçısı qeyd edib ki, indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq. İçməli su və kanalizasiya layihələrinin bütün ölkə üzrə getdiyini, vətəndaşların artıq fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malik olduğunu vurğulayan prezident deyib ki, çalışmalıyıq qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpağın suvarılacağını deyən dövlət başçısı bildirib ki, bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaq. Prezident bu il ölkə iqtisadiyyatına böyük həcmdə – 11,5 milyard dollar investisiya qoyulduğunu diqqətə çatdıraraq makroiqtisadi sabitliyin iqtisadi inkişafımızın əsas məsələsi olduğunu deyib.
Özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə təmin etməliyik
Kənd təsərrüfatı sahəsinə toxunan dövlət başçısı bunları qeyd edib: “Kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib. Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib. Həmçinin tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin. Hansı ölkədə bu qədər qayğı, diqqət göstərilir?! Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır. Çalışmalıyıq ki, Avropa bazarlarına da, böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün keyfiyyət yüksək səviyyədə olmalıdır. Nə vaxt ki keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcək, o vaxt biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Biz özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik”.
Sənayenin inkişafı diqqət mərkəzindədir
İ.Əliyev vurğulayıb ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Prezident bildirib ki, biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldir, özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. Dövlət siyasətimiz, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımların sırf sosial xarakter daşıdığını diqqətə çatdıran prezident texnoparklarla yanaşı, sənaye klasterlərinin yaradılmasına başlamağın vacibliyinə diqqət çəkib. Hər bir rayonda sənaye zonalarının olmasının vacibliyini qeyd edən prezident bildirib ki, banklar iqtisadiyyatın real sektorunda fəal iştirak etməlidirlər: “Dövlət özəl bankları dəstəkləyir, onlara kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmamalıdırlar”.
Hər yerdə şəffaflıq təmin edilməlidir
İ.Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin gözəl nəticələr verdiyini söyləyərək bunu əhalinin də gördüyünü və təqdirlə qarşıladığını, beynəlxalq qurumların da bunu qeyd etdiyini söyləyib. Dövlət başçısı bildirib ki, bu sahədə köklü dəyişiklərə nail ola bilmişik: “Burada müxtəlif amillərin rolu xüsusi məna daşıyır – inzibati, cəza, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi”.
“ASAN xidmət”in fəaliyyətinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan perzident il yarım ərzində 2 milyondan artıq müraciətin olduğunu deyib: “Bu, onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. İnsanların rahtlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası var. Bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Hər yerdə şəffaflıq təmin edilməlidir”.
Nəqliyyat layihələri
Nəqliyyat layihələrinə toxunan İ.Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Prezident deyib ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsi istismara verildikdən sonra Bakının mərkəzindəki liman köçürüləcək və orada ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaq. Dövlət başçısı deyib ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməli, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidirlər. Prezident metro tikintisi sürətlə getdiyini, metroda həm istismarda, həm metro tikintisində aparılan islahatların vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Məcburi köçkünlərin problemlərinin bu il də yüksək səviyyədə həll olunacağını qeyd edən dövlət başçısı ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəyini bildirib.
Azər



