https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

“Qalatasaray” 14 oyun sonra Mahirin komandasına uduzdu

“Qalatasaray” 14 oyun sonra Mahirin komandasına uduzdu

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, komanda 26-cı turda "Qalatasaray"la qarşılaşıb. Görüş "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray" bu matçadək 14 oyun idi ki, məğlub olmurdu.

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 79-cu dəqiqədə Oğulcan Ulqunla əvəzlənib. Mahir 15-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

Qeyd edək ki, "Qalatasaray" 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. "Konyaspor" isə 34 xalla 8-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib. 

"Konyaspor" - "Qalatasaray" - 2:1

Qollar: Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.