|
|
|
|
Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 körpə təxliyə edilib.
525.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.
Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir:
"Körpələr TƏBİB tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur".
O qeyd edib ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb müəssəsidir:
"Buradakı körpələr ya vaxtından əvvəl, ya da yanaşı patologiya ilə doğulanlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma olmayıb".