|
|
|
|

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib.
525.az xəbər verir ki, İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 238-ə yüksəldiyi bildirilib.
Açıqlamada təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 19 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.
Məhəmməd Tağıyev



