|
|
|
|

Suriya ərazisindən İsrailə atılan 3 raket Qolan təpələrindəki boş əraziyə düşüb.
525.az xarici mediaya əsasən xəbər verir ki, məsələ ilə bağlı İsrail ordusunun radiosunda açıqlama verilib.
Suriya ərazisindən atılan 3 raket Qolan təpələrində boş əraziyə düşüb, İsrail ordusu bu hücuma artilleriya atəşi ilə cavab verib.
İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərə görə, Livandan İsrailin şimalında, Qərbi Qalileyada Ərəb əl-Aramşa istiqamətinə raket atılıb, lakin heç biri təhlükə yaratmayıb.
İslami Müqavimət qrupu, döyüşçülərinin Qəzza zolağında qərarlı Fələstin xalqına dəstək və İsrailin hücumlarına cavab olaraq Metulla qəsəbəsində İsrail əsgərlərinin yerləşdiyi binanı hədəfə aldığını açıqlayıb.
Livandakı "Hizbullah" da "Burkan raketi" ilə İsrailin ed-Dahira bölgəsini hədəf aldığını açıqlayıb.
Malik Atilay



